İran iki yerli helikopterini təqdim edib

İran iki yerli helikopterini təqdim edib
# 12 dekabr 2012 11:00 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda yerli istehsal olan iki helikopter ictimaiyyətə təqdim olunub. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, təqdimat İranın müdafiə naziri, general-mayor Əhməd Vahidinin iştirakı ilə ölkənin Kiş adasında keçirilən VI Beynəlxalq Hava Sənayesi və Havaçılıq Sərgisi çərçivəsində baş tutub. İranlı mütəxəssislərin dizaynı əsasında hazırlanan iki yerli helikopterdən biri olan “Penha-1” 14 nəfər daşımaq tutumuna sahibdir. Digər yerli istehsal olan “Penha-2” isə 8 nəfərlikdir. Bundan əlavə, 20 nəfərlik “ST-214” helikopteri iranlı mütəxəssislər tərəfindən tamamilə təmir edilərək “Şəhriyar” adı ilə silahlı qüvvələrin envanterinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR