Keniyada terror aktı törədilib, 2 nəfər ölüb

Keniyada terror aktı törədilib, 2 nəfər ölüb
# 08 dekabr 2012 01:41 (UTC +04:00)

Bakı-APA. Keniyanın paytaxtı Nayrobidə məscidin yaxınlığında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Bu barədə Beynəlxalq Qırmızı Xaç cəmiyyəti məlumat yayıb.

Partlayış baş verən bölgədə əsasən Somalidən gələn şəxslər yaşayırlar.

Eyni rayonda iki gün əvvəl baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR