Təhsil İdarəsi: Yağmurlu hava Bakı məktəblərindəki davamiyyətə təsir göstərməyib

Təhsil İdarəsi: Yağmurlu hava Bakı məktəblərindəki davamiyyətə təsir göstərməyib
# 06 oktyabr 2017 09:36 (UTC +04:00)

“Son günlər ölkə ərazisində qeydə alınan qeyri-sabit, yağmurlu hava şəraiti Bakı məktəblərindəki davamiyyətə hər hansı mənfi təsir göstərməyib”.

APA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, yağan yağışlar nəticəsində davamiyyət ciddi şəkildə zəifləməyib.

Onun sözlərinə görə, paytaxtda yağmurlu hava şəraiti zamanı ümumtəhsil müəssisələrində dərsə davamiyyətin aşağı düşməsi ilə bağlı idarəyə heç bir müraciət daxil olmayıb: "Şagirdlərin dərsə davamiyyəti məsələsi hər zaman diqqət mərkəzindədir. Bu problem ən çox soyuq aylarda yolların buz bağlaması və ya yollarda yaranan çətinlik zamanı müşahidə olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR