«Kaşaqan» dünyanın ən bahalı enerji layihəsinə çevrilib

«Kaşaqan» dünyanın ən bahalı enerji layihəsinə çevrilib
# 30 noyabr 2012 13:37 (UTC +04:00)

Bakı – APA-Economics. Qazaxıstanın «Kaşaqan» neft yatağının işlənməsi üzrə layihə dünyanın ən böyük energetika layihələrinin reytinqində birinci yeri tutub. «APA-Economics»in «CNN Money»ə istinadən məlumatına görə, indiyədək bu layihəyə 116 mlrd. dollar sərmayə yatırılıb və bu göstərici ilə «Kaşaqan» son 40 ildə kəşf olunmuş ən böyük energetika layihələrindən biridir.

Qeyd edək ki, «Kaşaqan» Xəzər dənizinin şimal hissəsində yerləşir ki, bu da logistika məsələlərində problemlər yaradır. Belə ki, yataqdan çıxarılan neftin nəqli üçün bir-biri ilə əlaqəli olan dəmiryolu və dəniz yolları şəbəkəsinin yaradılması tələb olunur. Həmin ərazidəki sərt hava şəraiti də ciddi problemlər yaradır. Belə ki, Xəzərin həmin hissəsi təqribən yarım il müddətinə donur. Buna görə də bu regionda neft-qazın uğurlu hasilatı üçün şirkətlər süni adalar tikməli olurlar. Dünyanın ən böyük energetika layihələri arasında sonrakı yerləri Avstraliyanın «Gorgon» (57 mlrd. dollar) və «Ichthys» (43 mlrd. dollar) yataqları tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR