Kanada İrana qarşı yeni sanksiyalar qəbul edib

Kanada İrana qarşı yeni sanksiyalar qəbul edib
# 12 dekabr 2012 12:16 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Kanada nüvə proqramından imtina etmədiyi üçün İrana qarşı sanksiya siyahısını artırıb.

APA-nın məlumatına görə, Kanadanın xarici işlər naziri Con Beyrd bildirib ki, sanksiyaya məruz qalan İranın fiziki və hüquqi şəxslərinin “qara siyahı”sına daha 98 İran vətəndaşının, təşkilat və qurumlarının adı da əlavə edilib: “Onların Kanada banklarındakı bütün aktivləri dondurulacaq. Eləcə də Kanada vətəndaşlarına adları siyahıya salınmış iranlılarla iş əlaqələri qurmaq qadağan ediləcək. Beynəlxalq ictimaiyyətin ciddi cəhdlərinə baxmayaraq, İran üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmir”.

Qeyd edək ki, Kanada 2012-ci il sentyabrın 7-dən İranla diplomatik əlaqələri kəsdiyini elan edib. Ölkənin Tehrandakı səfirliyi bağlanıb, İran diplomatları isə Kanadadan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR