Gürcüstanda “SOCAR” brendi ilə 99-cu yanacaqdoldurma məntəqəsi açılıb

Gürcüstanda “SOCAR” brendi ilə 99-cu yanacaqdoldurma məntəqəsi açılıb
# 21 dekabr 2012 15:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda həyata keçirdiyi investisiya proqramı çərçivəsində daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu gün Gürcüstanın məşhur turizm bölgəsi olan Borjomi rayonunun Bakuriani qəsəbəsində ARDNŞ-ın törəmə müəssisəsi olan “SOCAR Georgia Petroleum” şirkətinin yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Artıq “SOCAR” brendi ilə 99 YDM Gürcüstanda əhaliyə yüksək keyfiyyətli xidmət göstərir. İlin sonuna kimi bu ölkədə bu brendi ilə fəaliyyət göstərən YDM-lərin sayının 100-ə çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR