“Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu başa çatıb

“Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu başa çatıb
# 20 dekabr 2012 13:56 (UTC +04:00)

APA-nın məlumatına görə, forumun ikinci günü “Milli və dini kimliyin vəhdəti: Dövlət-din münasibətlərinin Azərbaycan modeli”, “Tolerantlıq və ifadə azadlığı” və “Universal dialoq axtarışında” mövzularında plenar iclaslar keçirilib. Ümumilikdə isə forum çərçivəsində beş mövzuda plenar sessiyalar keçirilib.

Sessiyalarda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov, ABŞ-dakı “Hillel” Yəhudi Mərkəzinin direktoru Xalim Saidler Feller, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibinin müşaviri və xüsusi nümayəndəsi Ömür Orhun, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə Cəfəri iİcmasının rəhbəri Səlahəddin Özgündüz, İranın İslam Məzhəblərinin Yaxınlaşması Cəmiyyətinin baş katibinin müavini Höccətülislam Seyid Musa Musəvi, Patriarx Afinaqoras Ortodoks İnstitutunun direktoru Mitropolit Nikitas və digərləri çıxış ediblər.

Forumun bağlanış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib ki, forumda müzakirə olunan məsələlər gündəmdə saxlanılsın və müzakirələr davamlı olsun.

Forumun yekunu olaraq “Bakı Platforması” qəbul olunub. Sənəddə dini tolerantlığın əhəmiyyəti və ekstremizmin zərərli olması vurğulanıb, o cümlədən dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri və alimlərdən ibarət əməkdaşlıq şəbəkəsinin yaradılması məsələsi, həmçinin Azərbaycanın təklifi ilə Bakı Platformasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti də ümumbəşəri təhdid kimi əksini tapıb. Sənəddə BMT-yə təklif olunub ki, dinlərin rəmzlərinin təhqir olunmasına qarşı sanksiyanın tətbiq olunması istiqamətində zəruri addımlar atılsın.

Qeyd edək ki, forumda 10 ölkədən 30-dan çox nümayəndə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR