ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir
# 22 dekabr 2012 13:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsi qəbul edib. APA-nın «Press TV»yə istinadən məlumatına görə, yeni sanksiyalar ABŞ-ın 2013-cü il üçün 633 mlrd. dollar məbləğindəki müdafiə büdcəsi layihəsində öz əksini tapıb. Sənədin lehinə 315, əleyhinə isə 107 nəfər səs verib. Sanksiyalar əsasən İranın enerji və gəmiçilik sektorunu hədəf alacaq.

Qeyd edək ki, sanksiyalar ABŞ Senatı və prezident Barak Obama tərəfindən də təsdiqləndikdən sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR