Tunisdə “Əl-Qaidə” ilə əlaqəli iki terror qruplaşması ləğv edilib

Tunisdə “Əl-Qaidə” ilə əlaqəli iki terror qruplaşması ləğv edilib
# 22 dekabr 2012 01:34 (UTC +04:00)

Bakı-APA. Tunisdə “Əl-Qaidə” ilə əlaqəli iki terror qruplaşması ləğv edilib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Əli Lərayedh bəyan edib.

O qeyd edib ki, qruplaşmalardan biri “Əl Qaidə”nin Şimali Afrika qolu ilə əlaqələri olan üç Əlcəzair vətəndaşı tərəfindən idarə olunub. İkinci qruplaşma isə Əlcəzair hökumətinə qarşı mübarizədə iştirak edəcək liviyalı muzdluların tranzitini həyata keçirib.

Tunis hüquq-mühafizə orqanları hər iki qruplaşmadan, ümumilikdə, 18 silahlını həbs edib, daha 18 şəxs barəsində axtarış elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR