Azərbaycanın bir qrup şair və yazıçısı cəbhə bölgəsində olub - FOTOSESSİYA

Azərbaycanın bir qrup şair və yazıçısı cəbhə bölgəsində olub - <span style="color: red;">FOTOSESSİYA
# 26 dekabr 2012 12:23 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanlı şair və yazıçıları Füzuli bölgəsinin N saylı hərbi hissəsində zabit və əsgərlərimizlə görüşüb.

Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Azərbaycan Müdafiə Nazirliyi, “Dövlət Tele-Radio Verilişləri” QSC və Yazıçılar Birliyinin birgə layihəsi əsasında gerçəkləşib.

Yazarlar hərbi hissələrin zabit və əsgər heyətini hazırlığı onların şəraiti ilə tanış olublar. Qələm sahiblərindən Ədalət Əsgəroğlu, Oqtay Rza, Musa Ələkbərli, Məmməd İlqar, Əlamdar Quluzadə, Sabir Sarvan, Oqtay Əliyev və Asif Cəfərli vətənpərvər şeirləri və yazıları ilə çıxış ediblər. Görüşün yekununda incəsənət ustalarından əməkdar artist Zakir Əliyev, muğam müsabiqəsinin qalibləri çıxış ediblər. Sonda nümayəndə heyətinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin mətbuatla katibi, şair Ədalət Əsgəroğlu yazarlarımız adından əsgər və zabitlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR