Azərbaycanda taxıl və un məmulatlarının standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

Azərbaycanda taxıl və un məmulatlarının standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb
# 13 dekabr 2012 13:58 (UTC +04:00)

Bakı – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində “Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə” Texniki Komitə yaradılıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılan Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur.

Texniki Komitənin əsas vəzifələri taxıl və un məmulatları sahəsində milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrini hazırlamaq, ekspertizasını təşkil etmək, standartlaşdırma sahəsində sənədlərin layihələrinin təsdiq və ya rədd edilməsi barədə əsaslandırılmış təkliflər hazırlamaq və s.-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR