Azərbaycanda deputatlar hökumətdən neftin 2013-cü il qiymət proqnozunun əsaslandırılmasını tələb edirlər

Azərbaycanda deputatlar hökumətdən neftin 2013-cü il qiymət proqnozunun əsaslandırılmasını tələb edirlər
# 13 noyabr 2012 11:57 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, deputat büdcə layihəsindən ümumi razılığını bildirsə də, gələn ilki inflyasiya proqnozları barədə narahatlığını bildirib. Onun sözlərinə görə, gələn il inflyasiyanın 5,7% olması nəzərdə tutulub ki, bu da bu ilki göstəricidən 1 faiz bəndi artıqdır. Millət vəkili bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb.

İ.İsmayılov ölkənin antiinhisar orqanlarının fəaliyyətini də ciddi tənqid edib. Onun sözlərinə görə, ölkədə qiymətlərin artımı heç də həmişə obyektiv səbəblərlə bağlı olmur və bəzən bu, inhisarçılara görə baş verir. «Amma Azərbaycanın antiinhisar orqanı olan Antiinhisar və İstehlakçıların Müdafiəsi Xidməti onların heç qapısını da aça bilmir», - deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, xidmətin fəaliyyəti haqqında məlumatların demək olar ki, hamısının antiinhiarçılıqla bağlı deyil, yararsız məhsulların aşkar olunması barədə olması göstərir ki, xidmət bu sahədə ciddi işlər həyat keçirmir. O vəziyyətdən çıxış yolu kimi Rəqabət Məcəlləsinin qəbulunu və bu xidmətin müstəqil quruma çevrilməsini təklif edib.

İ.İsmayılov neftin büdcədə nəzərdə tutulan baza qiymətindən də narahatlığını bildirib. Onun sözlərinə görə, iqtisadiyyatında neft sektorunun payı Azərbaycandakı kimi böyük olan Rusiya və Qazaxıstanda neftin qiyməti ilə bağlı büdcə proqnozları fərqlidir. Belə ki, Rusiyada neftin baza qiyməti 91 dollar/barel, Qazaxıstanda 90 dollar/barel səviyyəsində nəzərdə tutulub. Deputat hökuməti neftin büdcədəki baza qiymətinin hansı proqnozlara əsaslandığını açıqlamağa çağırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR