Bakının Heydər Əliyev prospektində hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var

Bakının Heydər Əliyev prospektində hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var
# 19 noyabr 2012 18:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakının mərkəzi prospektində yol qəzası baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 20.15 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2107” markalı maşının “Hyundai” markalı avtomobillə toqquşması nəticəsində “VAZ-2107”in sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alanlar – sürücü Əli Xəlilov və sərnişini Elşən Adıgözəlovdur. Onların hərbçi olduğu bildirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR