Ukrayna Ali Radasında yenidən dava-dalaş başlayıb - FOTO

Ukrayna Ali Radasında yenidən dava-dalaş başlayıb - <span style="color: red;">FOTO
# 13 dekabr 2012 10:00 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, elektron səsvermə nəticəsində 242 deputatın sədr seçkisinə başlamağı dəstəklədiyi açıqlanıb. Lakin müxalifətçi deputatlar iqtidar deputatlarının bir çoxunun başqasının kartı ilə səs verdiyini və bunun qanuna zidd olduğunu bildiriblər. Buna baxmayaraq, sədrlik edən Regionla Partiyasının nümayəndəsi Aleksandr Yefremov RP-nin Ali Radanın sədri vəzifəsinə namizədi olan Vladimir Rıbaka söz verib. Bu zaman müxalifətçi deputatlar iclası pozmaq üçün parlamentin Rəyasət Heyətinə hücum ediblər, iqtidar deputatları isə onların qarşısını kəsməyə çalışıblar və nəticədə zalda kütləvi qarşıdurma yaranıb. Sədrlik edən A. Yefremov fasilə elan etməyə məcbur olub.

Xatırladaq ki, Ali Radanın dekabrın 12-də keçirilən ilk iclası da qalmaqalla müşayiət olunub.

Qeyd edək ki, 450 nəfərlik parlamentin yeni tərkibi 5 fraksiyadan ibarətdir. Prezident Viktor Yanukoviçin liderlik etdiyi Regionlar Partiyasının 210, üç müxalifət fraksiyasının (“Batkivşina”, UDAR, “Svoboda”) 178, Kommunist Partiyasının isə 33 deputatı var. Qərarların qəbulu üçün sadə səs çoxluğu (226 səs) tələb olunur. RP-nin kommunistlərlə əməkdaşlığa gedərək sədr seçkisi, baş nazir təyinatı kimi prinsipial məsələlərdə səs çoxluğu əldə edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR