Gənclər Fondunun yaradılmasının 1 illiyi münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

Gənclər Fondunun yaradılmasının 1 illiyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 dekabr 2012 10:47 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılmasının 1 illiyi münasibətilə təntənəli ziyafət keçirilib. APA-nın xəbərinə görə, mərasimdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, fəaliyyətə başladığı müddət ərzində fondda 255 gənclər təşkilatı və 191 fərdi gənc qeydiyyatdan keçib: “Ölkədə gənclər siyasəti uğurla həyata keçirilir. Sevindirici haldır ki, Gənclər Fondu qısa müddət ərzində hər bir gəncin maraqlarını təmin edə bilib. Fondun ilk qrant müsabiqəsi zamanı 129 layihə maliyyələşdirilib. Fond tərəfindən maliyyələşdirilən layihələr ölkənin 46 bölgəsini əhatə edib”.

F. Hacıyev qeyd edib ki, fond tərəfindən yeni prioritetlər də müəyyən olunub: “Qarşıdakı dönəmdə əlil gənclərin problemlərinə, xarici ölkələrdə təhsil alan tələbələrin layihələrinin maliyyələşdirilməsinə, xarici ölkə vətəndaşlarının Azərbaycanda tədbirlər keçirməsinə, Dağlıq Qarabağla bağlı layihələrə daha çox önəm veriləcək”.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Gəncliyi tərəfindən dəstəklənməyən dövlət inkişaf edə bilməz və Heydər Əliyev bu həqiqəti çox gözəl bilirdi”.

Ə. Həsənov qeyd edib ki, 1996-cı ildə ölkə gənclərinin I Forumu keçirilib. 1997-ci ildən isə ölkədə Gənclər gününün qeyd olunması ilə konseptual gənclər siyasəti ortaya qoyulmuş oldu.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, hazırda ölkə əhalisinin 66 faizini 35 yaşa qədər gənclər təşkil edir. 14-29 yaşlı gənclərin sayı isə 32 faizdir: “Bu o deməkdir ki, ölkə əhalisinin yarıdan çoxu gənclərdir. Gənclərlə iş çox vacibdir. Fondun yaradıldığı müddət ərzində 1 milyon 920 min manat vəsait gənclər təşkilatlarına yönəldilib və məhz bunun sayəsində gənclərin təşkilatlanması işi yeni mərhələyə qaldırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR