IDEA Kampaniyası “Üçüncü Ətraf Mühit Sərgi”sində iştirak edir

IDEA Kampaniyası “Üçüncü Ətraf Mühit Sərgi”sində iştirak edir
# 21 noyabr 2012 15:04 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ekoloji maariflənmə və məlumatlandırmanı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq rəhbər tutan IDEA Kampaniyası Bakıda keçirilən Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri ekologiya sərgisi olan “Üçüncü Ətraf Mühit Sərgi”sində iştirak edir.

Kampaniyadan APA-ya verilən məlumata görə, sərginin əsas məqsədi Azərbaycanda həyata keçirilən ekoloji layihələrə beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək, ekoloji sahədə fəaliyyət göstərən istər yerli, istərsə də beynəlxalq təşkilatları bir araya toplayıb təbiətə dost əməkdaşlığın yaranmasına nail olmaqdır.

Sərgilənmiş stenddə IDEA Kampaniyasının həyata keçirdiyi layihələr haqqında hesabat əks etdirən müxtəlif nəşrlərlə yanaşı digər vəsaitlər də gələn qonaqlara paylanacaq. Bununla yanaşı qonaqlar sərgi keçirilən müddətdə stendi təqdim edən IDEA Kampaniyasının nümayəndələri tərəfindən daha ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, IDEA Kampaniyası 12 İyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR