Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid layihəsi çərçivəsində aztəminatlı ailələrə dekoderlərin imtiyazlı (havayı) verilməsi nəzərdə tutulub.
“APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, artıq 2013-cü ildə bu layihə başa çatdırılacaq və ölkə ərazisində tam rəqəmsal televiziya yayımı təmin olunacaq, analoq yayım dayandırılacaq: “Layihə çərçivəsində aztəminatlı ailələrə dekoderlərin pulsuz verilməsi nəzərdə tutulub. Lakin hələlik bununla bağlı qərar qəbul olunmayıb”.