Vidadi İsgəndərli, Şahin Həsənli, Anar Bayramlı azadlığa buraxılıb

Vidadi İsgəndərli,  Şahin Həsənli, Anar Bayramlı azadlığa buraxılıb
# 27 dekabr 2012 09:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, əfv sərəncamı 13 saylı müəssisədən 6, 14 saylı müəssisədən isə 18 məhkuma şamil olunub.

14 saylı müəssisədən azadlığa buraxılanlar arasında hüquq müdafiəçisi Vidadi İsgəndərli, AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənli, İranın “Səhər” telekanalının müxbiri Anar Bayramlı da var. Vidadi İsgəndərli jurnalistlərə açıqlamasında heç bir cinayət törətmədiyini, ona görə də vicdan məhbusu elan olunduğunu deyib. O, həmçinin bundan sonra hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR