Kürdəmir rayon sakini dəm qazından boğularaq ölüb

Kürdəmir rayon sakini dəm qazından boğularaq ölüb
# 16 noyabr 2012 09:20 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov – APA. Kürdəmir rayon sakini dəm qazından boğularaq ölüb. Kürdəmir rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə rayonun İslam Məmmədov küçəsində baş verib. Adı çəkilən ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Hacıyev Mehrac Mehrab oğlunun meyiti yaşadığı evdə qonşular tərəfindən aşkarlanıb. Mərhum evdə tək olub.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR