BFB-də 5 mln. manat həcmində GDİ yerləşdirilib

BFB-də 5 mln. manat həcmində GDİ yerləşdirilib
# 30 noyabr 2012 15:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0204012378 saylı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, sifariş 1 investor tərəfindən təqdim olunub.

Sifarişin nominal üzrə ümumi məbləği 5 mln. manat təşkil edib. Sifariş 100,00% qiymətində təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə gəlirlilik 4%, istiqraz vərəqələrinin ödəmə tarixi 2013-cü ilin noyabrın 29-dur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR