Bakı. Könül Cəfərli - APA. İranın Kərəc şəhərində 12 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbuslar barədə məhkəmə ölüm hökmü çıxarıb. Onlardan biri həbsxanada məsul şəxs olub. Həbsxanaya narkotik maddə keçirilməsinə icazə verdiyi üçün bu cəzaya məhkum edilib. Edam hökmü noyabrın 13-də səhər saatlarında Kərəcin Rəcayişəhr zindanında icra olunub.