Səməd Seyidov: “AŞPA-da Azərbaycanın öhdəliklərinə dair hesabat ətrafında ciddi müzakirələr gözlənilir”

Səməd Seyidov: “AŞPA-da Azərbaycanın öhdəliklərinə dair hesabat ətrafında ciddi müzakirələr gözlənilir”
# 18 dekabr 2012 09:57 (UTC +04:00)

Bakı. Könül kamilqızı-APA. “Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyası maraqlı olacaq. Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinə həsr olunmuş məruzə artıq üzv dövlətlərə, o cümlədən Azərbaycana məlumdur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib.

Onun sözlərinə görə, bu məruzə ətrafında çox ciddi müzakirələr gözlənilir: “İlk dəfə olaraq məruzədə Dağlıq Qarabağla bağlı bir hissə olacaq. Dağlıq Qarabağla bağlı məruzədə göstərilənlər bizim üçün vacib və əsasdır. Məruzə ilə bağlı qətnamə layihəsinin üçüncü bəndində qeyd olunub ki, Azərbaycan qarşı hərbi işğal həyata keçirilib. Avropa Şurasında Dağlıq Qarabağla bağlı məsələnin gündəliyə gətirilməsi çox vacibdir. Nəzərə alaq ki, bu sənədi Azərbaycan deyil, AŞPA Monitorinq Komitəsinin məruzəçiləri hazırlayaraq təqdim ediblər. Bu, məruzənin dəyərini ikiqat artırır. Ermənilər məruzəyə hər hansı əngəl yaratmağa çalışsalar, mən buna təəccüblənmərəm. Onlar hətta bu məruzənin qeyri-obyektiv hesab olunmasına cəhd edəcəklər. Çünki məruzədə onların işğalçılıq siyasəti, cinayətkarlığı ilə bağlı məsələlər əks olunub. Bu, məruzənin qiymətini xeyli artırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR