Bakıda Avropa Birliyinə 2012-ci il Nobel Sülh Mükafatının təqdim olunması mövzusuna həsr edilmiş mərasim keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda Avropa Birliyinə 2012-ci il Nobel Sülh Mükafatının təqdim olunması mövzusuna həsr edilmiş mərasim keçirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 10 dekabr 2012 13:53 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Bakıda Avropa Birliyinə 2012-ci il Nobel Sülh Mükafatının təqdim olunması mövzusuna həsr edilmiş mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, sülh və demokratiyanın bərqərar edilməsi böyük səylər tələb edən gündəlik işdir və AB-nin özü ayrılıqda sülh layihəsidir. Səfir xatırladıb ki, AB yaradılmazdan əvvəl Avropa dəhşətli müharibələrdən əziyyət çəkirdi: “Avropa Birliyi Avropa ölkələrini sülh, sabitlik və demokratiya səyləri ətrafında birləşdirdi”.


Cənubi Qafqazdakı vəziyyətə toxunan diplomat qeyd edib ki, AB bölgədəki münaqişələrin sülh yolu ilə həllində maraqlıdır: “Ümid edirəm ki, təqdim olunan mükafat Cənubi Qafqazda sülh quruculuğu, sabitliyin əldə olunması və münaqişələrin həlli üçün ruhlandırıcı amil olacaq”.

Sonra tədbirdə Fransa səfiri Paskal Monye çıxış edib və iştirakçılar Osloda Nobel Sülh Mükafatının AB-yə təqdim olunması mərasimini canlı izləyiblər.

Nobel Komitəsinin sədri Tyorborn Yaqland qeyd edib ki, bugünkü təhdidlərin aradan qaldırmağın yeganə yolu birləşməkdir: “Avropa Birliyinin əsasını təşkil etmiş Şuman Bəyannaməsi və Almaniya ilə Fransa arasında münasibətlərin bərpa olunması göstərdi ki, müharibə necə sülh və əməkdaşlığa çevrilə bilər”. Tyorbörn Yaqland Nobel Sülh Mükafatını Avropa Birliyinin prezidenti Herman van Rompeyə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya və Avropa Komissiyasının prezidenti Martin Şultsa təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR