Qəzza xalqı İrana verdiyi hərbi və maliyyə dəstəyinə görə təşəkkür edib

Qəzza xalqı İrana verdiyi hərbi və maliyyə dəstəyinə görə təşəkkür edib
# 28 noyabr 2012 13:20 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İsrail üzərində 8 gün davam edən döyüşdən sonra qələbəni bayram edən Qəzza xalqı İran dövlətinə verdiyi hərbi və maliyyə dəstəyinə görə təşəkkür edib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İsraildə nəşr olunan “Yedioth Ahronoth” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Fələstin xalqı Qəzzada yeni doğulan körpələrə “Fəcr” adını qoymaqla yanaşı, ərazidəki bütün meydanlarda reklam lövhələrinə “Təşəkkürlər, İran!” şüarını yazıblar. Ərəb, ingilis və ibrani dilində yazılan təşəkkür şüarları ilə yanaşı, İranın Qəzzaya verdiyi “Fəcr 5” raketlərinin şəkilləri də plakatlara vurulub.

“İslami Cihad” hərəkatının Qəzzadakı rəsmisi Hadir Həbib bildirib ki, fələstinlilər İran dövlətinə Qəzzaya verdiyi dəstəyə görə minnətdardır: “Qəzza xalqı İranın bu döyüşdəki rolunu təqdir edir və minnətdarlığını bildirir. İranın verdiyi raketlər hətta Təl-Əvivi belə vurdu. Buna görə də xalqımıza kömək edənlərə təşəkkür etmək bizim vəzifəmizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR