Azərbaycanda əhalinin adambaşına gəlirləri 12% artıb

Azərbaycanda əhalinin adambaşına gəlirləri 12% artıb
# 23 noyabr 2012 10:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7% artaraq 27,1 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 12,2% artaraq 2 959,4 manat və ya ayda orta hesabla 295,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 10,9 faiz bəndi üstələyib.

«Gəlirlərin 63,4%-i son istehlaka, 8,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 26,5%-i isə yığıma yönəldilib», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, əhalinin sərəncamında qalan gəlir 24,8 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 14% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR