Gürcüstanda dini icmaların təmsilçiləri ilə yeni hökumətin nümayəndələri arasında görüş keçirilib

Gürcüstanda dini icmaların təmsilçiləri ilə yeni hökumətin nümayəndələri arasında görüş keçirilib
# 15 noyabr 2012 14:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında ölkədə fəaliyyət göstərən dini icmaların təmsilçiləri ilə yeni hökumətin nümayəndələrinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsasən tanışlıq xarakteri daşıyan görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev də iştirak edib.

Hacı Əli Əliyev APA-ya açıqlamasında görüşdə reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, parlamentin İnsan haqları komitəsinin sədri Eka Beseliya, Diaspora Nazirliyinin və Gürcüstan patriarxlığının nümayəndəsi yepiskop Gerasimin də iştirak etdiyini bildirib: “Dövlət nümayəndələri gələcək proqramlar haqqında məlumat verdilər. Din sahəsində yeniliklər planlaşdırılır. Yeni hakimiyyət dövlətlə din arasında əlaqəni daha da yaxşılaşdırmaq üçün dini qurum yaratmaq barədə layihə irəli sürəcək. Biz Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi kimi fəaliyyətimizi daha da genişləndirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR