AMEA-da 2012-2013-cü tədris ili üçün fəlsəfə doktoru hazırlığı proqramında doktoranturaya 14 yer boş qalıb

AMEA-da 2012-2013-cü tədris ili üçün fəlsəfə doktoru hazırlığı proqramında doktoranturaya 14 yer boş qalıb
# 26 dekabr 2012 14:39 (UTC +04:00)

Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, boş qalan yerlər Fizika, Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələri üzrədir. AMEA Humanitar və İctimai Elmlər Bölməsində isə boş yer qalmayıb.

A. Həşimov deyib ki, boş qalan yerlər AMEA-nın institutlarına təklif ediləcək: “Doktoranturaya qəbul imtahanlarında yüksək bal toplayan, lakin müsabiqəyə buraxılmayan şəxslərə həmin yerlər təklif ediləcək”.

Qeyd edək ki, qəbul imtahanları zamanı 14 şəxs imtahanlara gəlməyib. Üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyən şəxslərin müraciətlərinə AMEA dekabrın 29-da baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR