ABŞ-da öldürülən azərbaycanlının anım mərasimi keçirilib

ABŞ-da öldürülən azərbaycanlının anım mərasimi keçirilib
# 23 noyabr 2012 11:03 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. ABŞ-da öldürülən 31 yaşlı Teymur Hüseynlinin dostları onun xatirəsini Çikaqoda yad ediblər.

APA-nın “Chicago Tribune” qəzetinə istinadən verdiyi məlumata görə, şəhərin “Efes” kafesində keçirilən mərasimə Teymurun dostları hamısı qara paltarda və yaxalarına qərənfil taxaraq gəliblər.

T.Hüseynli ilə 8 ay bir evdə yaşayan Emin Səfərov mərasimdə çıxış edərək deyib ki, Teymurla dost olmaq çox asan idi: “O sanki bizim ailəmizin üzvü idi”. Digər natiq Bağır Həmidov da deyib ki, Teymurla tanış olan hər kəs növbəti gün onunla yaxın dost olardı: “Mənim uşaqlarım da onu çox xoşlayırdılar, onu Tima kimi çağırırdılar. O, heç vaxt lovğalanmağı xoşlamırdı”. Digər çıxış edənlər də T.Hüseynli ilə bağlı xatirələrini bölüşüblər, onun barədə xoş sözlər ifadə edib, xatirəsini yad ediblər.

Qeyd edək ki, T.Hüseynli noyabrın 17-dən 18-nə keçən gecə Darien şəhərində qətlə yetirilib. Onun qatili, 34 yaşlı Cozef Spitalli qısqanclıq zəmində onu boğazını kəsərək öldürüb. Qatil daha sonra azərbaycanlının rəfiqəsinin evinə gələrək, onu girov götürüb. Lakin polis bir neçə saatdan sonra qatili həbs edib. Öldürülən şəxsin rəfiqəsi hələ sentyabrda məhkəməyə müraciət edərək, onu Cozef Spitallidən müdafiə etməyə xahiş edib. Lakin məhkəmə bu müraciəti əsassız sayaraq rədd edib. Qadının dostları bildiriblər ki, o əvvəllər qatillə uzun müddət görüşüb, lakin sonradan ondan ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR