Azərbaycan qazı Qazaxıstan vasitəsilə Çinə nəql oluna bilər

Azərbaycan qazı Qazaxıstan vasitəsilə Çinə nəql oluna bilər
# 28 noyabr 2012 14:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan qazının Qazaxıstan vasitəsilə Çinə nəql olunması hər iki ölkənin dövlət şirkətlərinin rəhbərləri tərəfindən müzakirə olunub”. APA-nın xəbərinə görə, bu barədə “KazTransQaz"ın baş direktoru Serik Sultanqaliyev “Kazakhstan Today”-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda layihə hazırlıq mərhələsindədir. Qərar verildikdən sonra layihənin texniki və iqtisadi tərəflərini Azərbaycan tərəfi ilə müzakirə ediləcək.

O həmçinin qeyd edib ki, Azərbaycan və Qazaxıstanın dövlət neft şirkətləri arasında əməkdaşlıq əlaqələri qurulub: “Azərbaycan bizim Xəzər dənizi vasitəsilə qonşumuzdur, qardaş ölkədir və belə layihələrin gələcəkdə reallaşması tamamilə mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR