Gələn il Bakıdakı sərnişin avtobuslarında vahid ödəmə kartı tətbiq olunacaq

Gələn il Bakıdakı sərnişin avtobuslarında vahid ödəmə kartı tətbiq olunacaq
# 03 dekabr 2012 07:31 (UTC +04:00)

«APA-Economics»in xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

M.Pənahov qeyd edib ki, sərnişindaşıma sahəsində vahid ödəmə kartının tətbiqi məsələsi çox vacib və eyni zamanda asan olmayan bir məsələdir. Hazırda bu istiqamətdə texniki işlər aparılır ki, bura müvafiq kartın seçilməsi aiddir, həmçinin bir sıra digər işlər həyata keçirilir.

«Düşünürəm ki, gələn ilin ortalarınadək bu məsələ öz həllini tapacaq», - deyə M.Pənahov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR