«Kabardin-Balkar» Dövlət teleradio şirkətinin aparıcısı qətlə yetirilib

«Kabardin-Balkar» Dövlət teleradio şirkətinin aparıcısı qətlə yetirilib
# 05 dekabr 2012 20:53 (UTC +04:00)

Bakı-APA. «Kabardin-Balkar» Dövlət teleradio şirkətinin aparıcısı Kazbek Qekkiyev bu gün axşam Nalçik şəhərində qətlə yetirilib. Bu barədə APA "Rossiya 24" telekanalına istinadın xəbər verir.

Telekanalın yaydığı xəbərə görə, naməlum şəxslər avtomobildən çıxaraq, Kazbek Qekkiyevə avtomat silahlardan atəş açıb.

Aldığı güllə yaralarından jurnalist hadisə yerində həlak olub.

Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR