Təhsil nazirinin müavini 1-ci sinif tədris proqramının çətin olması barədə deyilənlərə münasibət bildirib

Təhsil nazirinin müavini 1-ci sinif tədris proqramının çətin olması barədə deyilənlərə münasibət bildirib
# 13 dekabr 2012 13:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Təhsil nazirinin müavini Qulu Novruzov 1-ci sinif tədris proqramının çətin olması barədə deyilənlərə münasibət bildirib.

APA-nın məlumatına görə, Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib ki, bu çətinlikdən qorxmaq lazım deyil.

Onun sözlərinə görə, bu gün dünyada güclü rəqabət mühiti mövcuddur və inkişaf etmiş ölkələr 5 yaşından da öncə uşaqların məktəbəqədər təhsilə hazırlanması ilə prosesini həyata keçirir: “Azərbaycanda da artıq 5-ci ildir ki, orta təhsildə yeni kurrikulum, yeni standartlar əsasında tədris aparılır. Bir neçə il əvvəl 5 yaşlıların təhsilə cəlb olunması barədə danışanda da o zaman deyirdilər ki, bu fiziki və əqli baxımdan mümkün deyil. Lakin bu gün bütün inkişaf etmiş ölkələr 5 yaşından da öncə uşaqların məktəbəqədər təhsilə hazırlanması ilə prosesini həyata keçirir. Bu gün dünyada kifayət qədər güclü rəqabət mühiti mövcuddur. Əgər biz milli standartlarımızı yüngülləşdirsək, onları asan olsun deyə müəyyən məzmun baxımından asanlaşdırsaq, son nəticədə heç də Azərbaycanda orta təhsilin məzunlarının kifayət qədər bilikli, rəqabət qabiliyyətli olmasına nail ola bilməyəcəyik”.

Nazir müavini qeyd edib ki, proqramın çətinliyindən qorxmaq lazım deyil: “Yalnız irəli baxmaq, irəli getmək və milli standartlarda qoyulan tələbləri qavramaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR