Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkan Şorayla görüşüb - FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkan Şorayla görüşüb - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 15:17 (UTC +04:00)

APA-nın məlumatına görə, əvvəlcə T. Şoray Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı filmə baxıb.

Sonra M. Əliyeva tanınmış aktrisa ilə görüşüb.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda T. Şoraya böyük sevgi və hörmətlə yanaşıldığını söyləyib, onu “canlı əfsanə” adlandırıb. M. Əliyeva sənəti ilə dünyada məşhur olan T. Şorayla tanışlıqdan məmnunluğunu bildirib.

“Azərbaycana gəlməyi çoxdan arzulayırdım”, - deyən T. Şoray bu arzusunun reallaşmasından özünü xoşbəxt hiss etdiyini söyləyib. Azərbaycana uzun illər əvvəl gəldiyini xatırladan tanınmış aktrisa kino sənəti ilə bağlı yeni nəşr edilən kitabını M. Əliyevaya təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR