İndoneziyada 5,1 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,1 bal gücündə zəlzələ baş verib
# 25 noyabr 2012 04:25 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın şərqində 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İndoneziya Milli meteorologiya, iqlimşünaslıq və geofizika idarəsi məlumat yayıb. Zəlzələnin episentri Tual şəhərindən 233 km cənub-qərbdə, Moluk adaları əyalətində qeydə alınıb, mərkəzi isə 133 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

2004-cü ildə İndoneziyada baş vermiş zəlzələ yüz minlərlə insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR