Bakıda məktəbdən oğurluq edilib

Bakıda məktəbdən oğurluq edilib
# 17 dekabr 2012 09:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda məktəbdən oğurluq edənlər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 14-nə keçən gecə N.Mahmudov küçəsində yerləşən 64 saylı orta məktəbdən pəncərədən keçmə yolu ilə 2 ədəd prosessor, monitor və printer oğurlanıb. Xətai Rayon Polis İdarəsindən 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Fərid Abdulmanafov, Elnur Məmmədov, Nicat Quliyev və Orxan Alışov dekabrın 16-da tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR