Dövlət Miqrasiya Xidmətinin rəis müavini gürcüstanlı ziyalılarla görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəis müavini gürcüstanlı ziyalılarla görüşüb
# 01 dekabr 2012 11:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev Gürcüstan vətəndaşlarından ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya DMX-dən məlumat verilib. Görüş zamanı ziyalılar tərəfindən Gürcüstan vətəndaşlarının Azərbaycan ərazisində qarşılaşdıqları problemlər barədə məlumat verilib və qanunvericilik çərçivəsində onlara müəyyən güzəştlərin edilməsi xahiş olunub.

Xidmətin rəhbər heyəti Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş ölkədə olma və yaşama qaydalarının tələblərini nümayəndələrin nəzərinə çatdırıblar. Görüşdə ziyalıları maraqlandıran digər məsələlərə də aydınlıq gətirilib.

Sonda Gürcüstan vətəndaşları olan azərbaycanlılar tərəfindən hazırlanmış müraciət DMX rəhbərliyinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR