Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün elan edilən müsabiqəyə sənəd qəbulu başa çatıb

Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün elan edilən müsabiqəyə sənəd qəbulu başa çatıb
# 22 noyabr 2012 15:33 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 93.3 MHz işçi tezliyində Gəncə və ətraf əraziləri əhatə edəcək ilk regional radio kanalının açılması üçün elan edilən sənəd qəbulu başa çatıb. Milli Televizya və radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, oktyabrın 22-dən noyabrın 22-dək davam edən müsabiqəyə 3 hüquqi şəxs – iddiaçı sənəd verib. Müsabiqənin nəticələri isə sənəd qəbulunun başa çatmasından keçən 1 ay müddətində - dekabrın 22-dək elan ediləcək.

Müsabiqədə Azərbaycan Respublikası vətəndaşı olmayan, nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar, dini qurumlar iştirak edə bilməzlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR