“Müsəlmanların məsumiyyəti” filminin Rusiyada nümayişi qadağan olunub

“Müsəlmanların məsumiyyəti” filminin Rusiyada nümayişi qadağan olunub
# 26 dekabr 2012 09:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Müsəlmanların məsumiyyəti” filminə Rusiyada rəsmən qadağa qoyulub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Paytaxtın Tver Rayon Məhkəməsi tərəfindən qadağan olunan film ekstremist materialların dövlət reyestrinə daxil edilib. Bununla da filmin Rusiya ərazisində nümayişinə rəsmən qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR