Azərbaycanın bölgələrində yeni poçt şöbələri açılacaq

Azərbaycanın bölgələrində yeni poçt şöbələri açılacaq
# 18 dekabr 2012 08:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC tərəfindən yaxın günlərdə Salyan Poçt Filialının Qaraçala, İmişli Regional Poçt Filialının Məmmədli, Şabran Poçt Filialının Rəhimli poçt şöbələri istifadəyə veriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, poçt şöbələri müasir avadanlıq və mebel dəstləri ilə təchiz edilməklə vətəndaşlara məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, beynəlxalq sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.


Qeyd edək ki, Azərbaycanın əsas poçt operatoru olan «Azərpoçt» MMC 1 600-ə yaxın poçt şöbəsi ilə əhaliyə poçt və bank xidmətləri göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR