Azərbaycanda peşə təhsili islahatının nəticələri müzakirə edilib

Azərbaycanda peşə təhsili islahatının nəticələri müzakirə edilib
# 28 noyabr 2012 09:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Avropa Təhsil Fondu, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən seminar təşkil olunub.

APA-nın xəbərinə görə, seminarda Azərbaycanda həyata keçirilən peşə təhsili islahatının nəticələri müzakirə edilib.

Seminarda çıxış edən Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ölkəmizdə texniki peşə təhsili sahəsində həyata keçirilən islahatlar barədə danışıb. Avropa Təhsil Fondunun eksperti Arien Dey “Turin Prosesi” çərçivəsində Azərbaycan və digər ölkələrdə peşə təhsili sahəsində həyata keçirilən islahatların müqayisəli təhlilinə toxunub. O, respublikada bu sahənin inkişaf etdirilməsinə təsir göstərəcək işlərin əhəmiyyəti barədə fikirlərini bildirib.

Avropa Təhsil Fondunun Peşə Təhsili və Təlimi Sistemi üzrə baş məsləhətçisi Manfred Vallenborn “Turin Prosesi”nin əhəmiyyəti və mahiyyəti haqqında söz açıb. Tədbirdə həmçinin işçi qüvvəsinin əmək bazarının tələbatlarına uyğun olaraq ixtisasının artırılması, müvafiq ixtisaslaşdırılmış institutların qurulması, ixtisasların akkreditasiyası və sertifikatlaşdırılması üçün Milli İxtisas Çərçivəsinin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR