Azərbaycanda civə alveri ilə məşğul olan Gürcüstan vətəndaşı tutulub

Azərbaycanda civə alveri ilə məşğul olan Gürcüstan vətəndaşı tutulub
# 29 noyabr 2012 09:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda civə alveri ilə məşğul olan Gürcüstan vətəndaşı tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Merab Çabaşvili 5 kiloqram civəni 2000 dollara satarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR