“Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

“Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
# 17 dekabr 2012 09:04 (UTC +04:00)

Bakı – APA. Türkiyə Superliqasında 16-cı turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun 3-cü günündə 4 qarşılaşma baş tutub. Günün mərkəzi qarşılaşması İstanbulda - əzəli rəqiblər “Qalatasaray” və “Fənərbaxça” arasındakı derbi olub.

“Türk Telekom Arena”da keçirilən oyunda 2:1 hesablı qələbə qazanan “Cim Bom” zirvədə möhkəmlənib. “Fənərbaxça” isə qalib gəlməklə ilk pilləyə yüksəlmək şansını qaçırıb. Bu görüşdə qonaqlar 2 dəfə fərqlənsə də, qələbə meydan sahiblərinin olub. Bunun səbəbi isə “sarı-lacivərdlilər”in ilk qolu öz qapısına keçirməsidir.

Tur “Fənərbaxça” ilə yanaşı, liderlər qrupunun digər 2 sakini üçün də uğursuz alınıb. Belə ki, “Qalatasaray”ın izləyicilərindən “Beşiktaş” və “Antalyaspor” hərəyə 1 xal qazanıb. İstanbul təmsilçisi Ankarada “Gənclərbirliyi” ilə görüşdə, antalyalılar isə Ordu səfərində eyni 1:1 hesabı ilə kifayətlənib.


Türkiyə Superliqası, 16-cı tur
14 dekabr

“Əskişəhərspor” – “Bursaspor” – 2:2
Ateş, 49, Zengin, 55 – Beluşi, 22, Kiraz, 46

15 dekabr

“Mersin İdmanyurdu” – “Akhisar BS” 2:1
Barış, 11, Nobre, 45 - Özer, 35

“Elazığspor” – “Qaziantepspor” 0:0

“Gənclərbirliyi” – “Beşiktaş” 1:1
Kulusiç, 19 - Şahan, 36

16 dekabr

“İstanbul BB” – “Trabzonspor” - 2:1

Eksioğlu, 50, Vebo, 57 – Enrike, 38

“Karabükspor” – “Sivasspor” - 1:0

Şelton, 19

“Orduspor” – “Antalyaspor” - 1:1

Cinaz, 64 – Tita, 51

“Qalatasaray” – “Fənərbaxça” - 2:1

İrtegün, 10-öz qapısına, İnan, 36 – Kaldırım, 23


Qeyd edək ki, tura bu gün keçiriləcək “Kayserispor” – “Kasımpaşa” oyunu ilə yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR