Asiya İnkişaf Bankı Azərbaycanda iki layihənin maliyyələşdirilməsini başa çatdırıb

Asiya İnkişaf Bankı Azərbaycanda iki layihənin maliyyələşdirilməsini başa çatdırıb
# 13 dekabr 2012 14:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycan hökuməti ilə ölkədə iki layihənin bağlanmasına dair danışıqlar aparacaq. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

Onun sözlərinə görə, artıq bu həftənin sonu-gələn həftənin əvvəli AİB Azərbaycan hökuməti ilə ölkədəki iki layihənin bağlanmasına dair danışıqlara start verəcək: «Layihələrdən ikisinin bağlanması onların maliyyələşdirilməsinin başa çatması ilə əlaqədardır. Layihələrdən biri Gəncə dairəvi avtomobil yolunun tikintisi, digəri isə elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması ilə bağlıdır».

AİB rəsmisi əlavə edib ki, «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»nin bütün komponentləri üzrə işlər başa çatdırılıb və hazırda tərəflər arasında layihə çərçivəsində tikilən və təkmilləşdirilən obyektlərin istismarı ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»nin icrasına AİB Azərbaycan hökumətinə 160 mln. ABŞ dolları, Gəncə dairəvi avtomobil yolunun tikintisinə isə 55,4 mln. dollar kredit ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR