Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında imzalanmış Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə Memorandum qüvvəyə minir

Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında imzalanmış Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə Memorandum qüvvəyə minir
# 19 dekabr 2012 08:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu həftənin sonunda Gürcüstan, Azərbaycan, Qazaxıstan və Türkiyə arasında imzalanmış Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə Memorandum qüvvəyə minəcək. APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, sənəd Rusiyadan yan keçən bu marşrut üzrə razılaşdırılmış tranzit tariflərinin tətbiqini nəzərdə tutur. Bu tariflərin Rusiyadakı tranzit qiymətlərindən 10-13% aşağı olması planlaşdırılır.

Söhbət Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən (son iki ölkənin Qara dəniz akvatoriyası da daxil olmaqla) dəhlizdən gedir. Həmin marşrut üzrə Azərbaycan və Orta Asiyadan yenə Rusiyadan yan keçməklə Avropaya uzanan qaz kəmərlərinin çəkilişi də nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ildən Qazaxıstan buğda ixracını bu marşrut üzrə - (Azərbaycan, Gürcüstan və Türkiyə limanları ilə) həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR