Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Sumqayıtda Nəsimi adına mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olublar.
APA-nın məlumatına görə, bildirilib ki, 100 hektara yaxın ərazisi olan parkda abadlıq və yenidənqurma işlərinə 2011-ci ilin mayında başlanılıb. Parkda aparılan işlər “Göyərçin” abidə kompleksinə qədər olan ərazidə artıq yekunlaşıb.
Prezident abadlıq və yenidənqurma işlərinin yüksək keyfiyyətlə davam etdirilməsinə dair tapşırıq və tövsiyələrini verib.