Balakəndə piyadanın ölümü ilə nəticələnmiş yol qəzası baş verib

Balakəndə piyadanın ölümü ilə nəticələnmiş yol qəzası baş verib
# 11 noyabr 2012 14:06 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Daxili İşlər Nazirliyi(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin qərb regional istintaq və təhqiqat bölməsindən məlumat verilib.

Məlumata görə, piyadanın ölümü ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 151-ci kilometrliyində, Balakən şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü, Balakən rayon sakini Niyazov Təbrik İsaxan oğlu idarə etdiyi VAZ 2107 markalı, 44 BD 636 dövlət nişan nömrəli avtomobillə yolun kənarında dayanmış piyada, 1963-cü il təvəllüdlü, Bakı şəhər Bakıxanov qəsəbəsi sakini Məmmədova Səidə Qurban qızını vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Səidə Məmmədova hadisə yerində keçinib.

Fakla bağlı DİN-nın Baş Dövlət Yol Polisi İdarəsinin qərb regional istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR