Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu keçiriləcək

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu  keçiriləcək
# 23 noyabr 2012 14:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu keçiriləcək. Bu barədə APA-ya Şuranın mətbuat xidmətindən məlumat verilib.

Forumda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstanın nüfuzlu QHT-lərinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli hökumət və QHT nümayəndələri iştirak edəcəklər. Forumda təsis ediləcək qurumun Nizamnaməsinin və yekun sənəd olaraq Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Forumun təşkilində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR