Azərbaycan BƏƏ-də inşa etdiyi neft terminalına indiyədək 33 mln. dollar yatırıb

Azərbaycan BƏƏ-də inşa etdiyi neft terminalına indiyədək 33 mln. dollar yatırıb
# 24 dekabr 2012 11:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İndiyədək Azərbaycan Birləşmiş Ərəb Əmirliklərində inşa etdiyi neft terminalına 33 mln. ABŞ dolları məbləğində vəsait yatırıb.


Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «SOCAR Trading S.A» şirkəti tərəfindən «SOCAR Aurora Fujairah Terminal FZE» terminalı tikilməkdədir və indiyədək terminalın tikintisinə 33 mln. dollar yatırılıb.

Qeyd edək ki, terminal İsveçrənin «Aurora Progress» şirkəti ilə birgə inşa olunur. Terminal 20 rezervuardan ibarət olacaq ki, burada üçüncü tərəflərin neft məhsulları saxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR