Təhsil Nazirliyi dövlət uşaq müəssisələrindən ailələrə uşaqların verilməsinə dair yeni təkliflər hazırlayıb

Təhsil Nazirliyi dövlət uşaq müəssisələrindən ailələrə uşaqların verilməsinə dair yeni təkliflər hazırlayıb
# 20 dekabr 2012 07:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov açıqlama verib. O bildirib ki, UNİCEF-in dəstəyi ilə Milli Məclisdə İnklüziv təlimlə bağlı hazırlanan yeni qanun layihəsi yaxın zamanlarda müzakirə olunacaq. Nazirin sözlərinə görə, hökumətə kiçik qrup ailələrlə bağlı əsasnamələrin təsdiq edilməsi və digər məsələlərlə bağlı təkliflər təqdim edilib.

“Müəyyən məsələlər isə pilot layihə olaraq il ərzində həyata keçirilib. Artıq bu layihələrin vaxtı bitdiyindən beynəlxalq təşkilatların bizə dəstək vermə müddəti bitib. Hazırda Azərbaycanda dövlət uşaq müəssisələrindən olan uşaqların ailələrə verilməsi ilə bağlı işlərdə dünyada gedən proseslər izlənilir. Əgər Təhsil Nazirliyinin həm Milli Məclis, həm də hökumətə təqdim etdiyi bu təkliflər qısa zamanda nəzərə alınsa, gələn il uşaqların ailələrə verilməsi istiqamətində uğurlarımız daha çox olacaq. Düşünürəm ki, ilin sonuna qədər bu qanun qəbul olunar və yeni ildən bu məsələni daha geniş şəkildə müzakirə edə bilərik”, - deyə M.Mərdanov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR