Marneulidə Aşura Günü qeyd olunub, qanvermə aksiyası keçirilib - FOTOSESSİYA

Marneulidə Aşura Günü qeyd olunub, qanvermə aksiyası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 noyabr 2012 10:33 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində Aşura Günü ilə əlaqədar tədbirlər keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneulinin mərkəzində yerləşən Əhli-Beyt cəmiyyətinin ofisi qarşısına toplaşan müsəlmanlar İmam Əli məscidinə qədər yürüş ediblər. Məscidin qarşısında mərsiyələr deyilib, müxtəlif şüarlar səsləndirilib, qurbanlar kəsilib və sonda qanvermə aksiyası keçirilib. Aksiyada əsasən gənclər iştirak edib.

Azərbaycanlılar yaşayan digər şəhər və kəndlərdə də Aşura Günü qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR